Elman Rüstəmov: Manatın devalvasiyası ilə bağlı gözləntilər yoxdur
![]()
Azərbaycanda dolların məzənnəsinin manata nisbətdə artması ilə bağlı gözləntilər yoxdur.
Rubrika.az-ın Trend-ə istinadən məlumatına görə, bunu Azərbaycan Mərkəzi Bankının sədri Elman Rüstəmov bu gün keçirilən mətbuat konfransında deyib.
E.Rüstəmov qeyd edib ki, bu gün devalvasiya barədə danışmaq qeyri-ciddilikdir:
“Azərbaycanda makroiqtisadi vəziyyət sabitdir, tədiyyə balansında profisit qeydə alınıb”.
Rubrika.az
Facebook-da paylaş










