İki deputat komitə üzvlüyündən çıxarılır - CƏZA?

Milli Məclisin deputatları Adil Əliyev və Rauf Əliyev parlamentin Gənclər və idman komitəsinin üzvlüyündən çıxarılır.
Rubrika.Az Azvision.az-a istinadla xəbər verir ki, parlamentin fevralın 19-da keçiriləcək plenar iclasında bununla bağlı məsələyə baxılacaq.
Komitə üzvlüyünə 3 deputatın - Rəşad Mahmudov, Elşən Musayev və Cavid Osmanovun namizədliyi irəli sürülüb.
Rubrika.Az
Facebook-da paylaş














