Veteranlara şad xəbər
![]()
1941-1945-ci illər Böyük Vətən müharibəsində iştirak etmiş şəxslərə verilən Prezident təqaüdünün məbləği artırılır.
Rubrika.Az Oxu.Az-a istinaden xəbər verir ki, bu barədə Prezident İlham Əliyevin bu gün imzaladığı əhalinin sosial müdafiəsinin gücləndirilməsi sahəsində əlavə tədbirlər haqqında sərəncamında qeyd olunub.
Məlumata görə, aşağıdakı şəxslərə verilən Azərbaycan Respublikası Prezidentinin təqaüdünün məbləği 150 manata çatdırılacaq.
- 1941-1945-ci illər Böyük Vətən müharibəsi iştirakçılarına,
- İkinci Dünya müharibəsi dövründə Leninqrad şəhərinin mühasirəsi zamanı şəhərin müəssisələrində, idarə və təşkilatlarında işləmiş,
- “Leninqradın müdafiəsinə görə” medalı ilə təltif olunmuş,
- “Leninqrad mühasirəsində yaşayan” döş nişanı ilə təltif edilmiş şəxslərə (müharibə əlilləri istisna olmaqla).
Rubrika.Az
Facebook-da paylaş









