Cəlilabadda marketdə zəhərlənənlərin kimliyi və hadisənin səbəbi məlum oldu

Cəlilabad rayonunda marketdə zəhərlənənlərin kimliyi və hadisənin təfərrüatı məlum olub.
Rubrika.Az-in "Report"a istinadla məlumatına görə, zəhərlənənlərin hamısı "Green Store"marketinin işçiləridir. Bunlar Hadiyeva Aidə Həşim qızı (1992-ci il təvvəlüdlü), Şəbiyeva Zeynəb (2003-cü il təvvəlüdlü), Quliyeva Aidə Qurban qızı (1994-ci il təvəllüdlü), Şəbiyeva Sevinc Ərəstun qızı (1984-cü il təvəllüdlü), Abdullayeva Rəna Mehman qızı, Eynullayeva Günay Rafət qızı, Bağırova Gülnar Tofiq qızı və Ağayeva Afət Mirhüseyn qızıdır.
Məlumata görə, marketin döşəməsi təmizlənərkən kimyəvi məhluldan istifadə edilib. Məhz bu kimyəvi məhlul da işçilərin zəhərlənməsinə səbəb olub.
Faktla bağlı araşdırmalar davam etdirilir.
* * *10:23
Cəlilabad Rayon Prokurorluğu rayon ərazisindəki mağazada baş verən kütləvi zəhərlənmə ilə bağlı araşdırmalara başlayıb.
Rayon Prokurorluğundan Trend-ə verilən məlumata görə, fevralın 28-də şəhər ərazisində yerləşən "GREEN STORE" mağazası işçilərinin kimyəvi maddələrlə zəhərlənmələri faktı ilə bağlı araşdırma aparılır.
Baş vermiş hadisə ilə bağlı polis və prokurorluq orqanları əməkdaşlarının iştirakı ilə hadisə yerinə baxış keçirilib, baxış zamanı maddi sübutlar götürülüb, müvafiq ekspertizalar təyin olunub.
Hadisə ilə bağlı izahatlar alınıb, mağazada quraşdırılan müşahidə kameralarının video görüntüləri götürülüb.
* * *23:29
Cəlilabad rayonundakı ticarət mərkəzlərindən birinin 15 əməkdaşı zəhərlənmə diaqnozu ilə xəstəxanaya yerləşdirilib.
Ehtimal edilir ki, işçilər marketi təmizləyərkən kimyəvi maddədən zəhərləniblər. Hazırda zəhərlənmənin dəqiq səbəbi araşdırılır.
Daxil olan məlumatı Səhiyyə Nazirliyindən təsdiqləyiblər.
Nazirliyin mətbuat katibi Pərviz Abubəkirov bildirib ki, onlardan yalnız 3 nəfərinin vəziyyəti orta-ağır qiymətləndirilib və həyatları üçün təhlükə yoxdur.
Rubrika.Az
Facebook-da paylaş













