Kənan Doğulu və Beren Saat boşanır? — İDDİA
![]()
Türkiyəli məşhur müğənni Kənan Doğulu və aktrisa Beren Saatın boşanacağı ilə bağlı xəbərlər yayılıb.
Rubrika.Az Türkiyə mətbuatına istinadən xəbər verir ki, bu barədə iddia “Kanal D”də yayımlanan “2-ci səhifə” verilişində səsləndirilib.
Xəbərə əsasən, məşhur cütlük boşanma mərhələsindədir. Kənanın evliliyi xilas etmə cəhdlərinin bəhrə vermədiyi, Berenin ayrılmaqda qərarlı oluğu vurğulanıb.
Qeyd edək ki, 2012-ci ildən birlikdə olan Kənan və Beren 2014-cü ildə ailə həyatı qurub.
Rubrika.Az
Facebook-da paylaş












