Azərbaycanlıları deportasiya etdirən erməni lider öldü
![]()
Ermənistan Mərkəz Kommunist Partiyasının keçmiş birinci katibi Suren Arutyunyan 81 yaşında ölüb.
Rubrika.Az Axar.az-a istinadla xəbər verir ki, bu barədə "Noyev Kovçeq” qəzeti məlumat yayıb.
Qeyd edək ki, Arutyunyan 1939-cu ildə Tiflisdə anadan olub. O, Ermənistan Mərkəzi Kommunist Partiyasının birinci katibi vəzifəsini 1988-1990-cı illərdə icra edib. Məhz onun hakimiyyəti dönəmində Ermənistanda azərbaycanlılara qarşı təqiblər artıb, azərbaycanlıların öz torpaqlarından deportasiyası gerçəkləşdirilib. Üstəlik, məhz onun hakimiyyəti dönəmində Qarabağda ermənilərin Azərbaycan hakimiyyətinə qarşı qaldırılması prosesi aktivləşib. Belə ki, Arutyunyan birinci katib olduqdan cəmi bir həftə sonra Ermənistanın hazırkı bayrağının İrəvanda dalğalandırılmasına izn verilib, 18 gün sonra isə Ermənistan Ali Soveti Qarabağın Ermənistana birləşdirilməsi barədə qətnamə qəbul edib.
Rubrika.Az
Facebook-da paylaş















