Hacı İlqar İbrahimoğlu İran səfiri ilə görüşüb - mövzu Paşinyan...

DEVAM sədri, ilahiyyatçı - filosof Hacı İlqar İbrahimoğlu İranın Azərbaycandakı səfiri Cavad Cahangirzadə ilə görüşüb.Rubrika.Az Musavat.com -a istinaden xəbər verir ki, bu barədə İlqar İbrahimoğlu özünün Facebook səhifəsində məlumat yayıb.
Məlumatda bildirilir: "Bu gün İran İslam Respublikasının ölkəmizdəki səfiri cənab Cavad Cahangirzadə ilə görüşdük.Bəlli vəziyyətlə bağlı narahatlıqlarımizı, fikirlərimizi çatdırdıq. Anlayışlı qarşılandı.
Cənab səfir fikirlərimizi çox pozitiv qəbul etdi. Özü də çox müsbət təəssürat bağışladı. Uca Allahdan diləyirik ki, məsələlərin xeyirli aqibətlə sonuclanması tofiqatinı versin".
Bildirək ki, bundan iki gün əvvəl İ. İbrahimoğlu Ermənistan prezidenti Paşinyanın İrana səfəri ilə bağlı Azərbaycan dindarları adından narahatlıq və tənqidlərini dilə gətirmişdi. Xüsusi video-açıqlama ilə çıxış edən Hacı İlqar İbrahimoğlu Paşinyanın məhz Xocalı soyqırımı günündə İrana səfər etməsini və Tehrandakı erməni klubundan yaydığı selfisini təxribat adlandırmışdı (video mətnin sonunda).
Səfirlə görüşün bu tənqiddən sonra baş tutmasını və müzakirələrin bu mövzuda olmasını xüsusi qeyd edirik.
Rubrika.Az
Facebook-da paylaş













