Bakıda 18 yaşlı gəlin 8 martda itkin düşdü
![]()
Bakıda qadın gecə saatlarında itkin düşüb.
Rubrika.az Trend-ə istinadən məlumatına görə, hadisə paytaxtın Sabunçu rayonu ərazisində baş verib.
Sabirabad rayonunda qeydiyyatda olan və paytaxtın Sabunçu rayonunun Sabunçu qəsəbəsində yaşayan, 2001-ci il təvəllüdlü İsmayılova Sevda Cəbrayıl qızı martın 8-də gecə saat 02 radələrində evdən çıxıb və bir daha geri qayıtmayıb.
Həyat yoldaşının müraciətindən sonra polis araşdırmalara başlayıb.
Rubrika.az
Facebook-da paylaş









