Demet Akalının Bakıya gəlişi ilə bağlı açıqlama – İş adamı danışdı

Türkiyənin tanınmış müğənnisi Demet Akalının Bakıya gəlişi xeyli müzakirələrə səbəb olub.
Məsələ burasındadır ki, D.Akalın Bakıya sünnət toyunda iştirak etmək üçün təşrif buyurmuşdu. Məclisdən sonra ölkəsinə dönən türkiyəli müğənnini Bakıya kimin gətirməsinə dair müxtəlif məlumatlar yayılmaqdadır. Bəzi KİV-lər müğənninin “Böyük saray” restoranında baş tutan məclisdə oxumaq üçün 200 min manat qonorar aldığını yazırlar.
Rubrika.Az bildirir ki, yayılan məlumatlarla bağlı Musavat.com-a 20 ildən artıq Türkiyədə yaşayan və işləyən iş adamı Vəfadar Həsənov tərəfindən maraqlı açıqlamalar verilib.
D.Akalının sünnət toyuna gəldiyi uşağın atası olan V.Həsənov eksklüziv olaraq saytımıza bildirib ki, bəzi saytlarda çıxan yanlış xəbərlərdən narahat olub və şayiələrə son qoymaq üçün açıqlama verib: “Biz Demet Akalın ilə uzun illərdir ki, ailəvi dostuq. Demet xanım özü hədiyyə olaraq toy məclisinə qatılmağı və orada qonaq qismində iştirak etməyi təklif edib və mən də qəbul etmişəm”.
Rubrika.Az
Facebook-da paylaş















