Azərbaycandan qaçmış dələduz Rusiyada tutuldu

Beynəlxalq axtarışa verilmiş azərbaycanlı Rusiyada saxlanılıb.
Virtualaz.org Rusiya DİN-in rəsmi saytına istinadən xəbər verir ki, Azərbaycan hüquq-mühafizə orqanları tərəfindən dələduzluq əməlinə görə axtarılan və dövlətlərarası axtarışa elan olunmuş 50 yaşlı cinayətkar Penza vilayətinin Penza rayonunun Zaseçnoye kəndində gizlənirmiş.
Hazırda onun Azərbaycan hüquq-mühafizə orqanlarına təhvil verilməsi məsələsi həll olunur.
Rubrika.Az
Facebook-da paylaş












