Köməksiz qalan 3 azyaşlı xilas edildi
![]()
Köməksiz vəziyyətdə qalan 3 az yaşlı xilas edilib.
Rubrika.Az xəbər verir ki, Fövqəladə Hallar Nazirliyinin "112" qaynar telefon xəttinə daxil olan məlumata əsasən, Bakı şəhərinin Xəzər rayonunda ikisi azyaşlı olmaqla 3 nəfər qapının təsadüfən kilidlənməsi nəticəsində mənzildə köməksiz vəziyyətdə qalıb.
Çağırış ünvanına cəlb olunan Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri mənzilin qapısının açılmasını təmin ediblər. Əməliyyat başa çatıb.
Rubrika.Az
Facebook-da paylaş














