“Yanğın baş verən ərazi tam mühafizə olunub” - Daxili işlər nazirinin müavini

“Yanğın baş verən ticarət mərkəzində hər hansı oğurluq və soyğunçuluq halı qeydə alınmayıb”.
Bunu “Report”un hadisə yerində olan əməkdaşına açıqlamasında daxili işlər nazirinin müavini, general-leytenant Oruc Zalov deyib.
Nazir müavini qeyd edib ki, yanğın baş verən əraziyə kifayət qədər polis qüvvələri cəlb edilib və ərazi tam mühafizə olunub.
Rubrika.Az
Facebook-da paylaş












