Bakıda 54 yaşlı kişi pilləkəndən yıxılaraq ölüb

Bakıda 54 yaşlı kişi bədbəxt hadisə nəticəsində ölüb.
"Report" xəbər verir ki, Xəzər rayonu, Günəşli sanatoriyasında yaşayan 1965-ci il təvəllüdlü Fəxrəddin Salmanov pilləkəndən yıxılıb. O, ağır vəziyyətdə 3 saylı Şəhər Klinik Xəstəxanasına aparılıb və orada əməliyyat zamanı dünyasını dəyişib.
Facebook-da paylaş














