"Diqlas" ticarət mərkəzindəki yanğında zərərçəkmiş sahibkarlar təzminat tələb edirlər - VİDEOREPORTAJ, FOTOLAR

"Diqlas" ticarət mərkəzindəki yanğında zərərçəkən sahibkarların narazılıqları davam edir. Onlar dəymiş ziyanın ödənilməsini tələb edirlər.
Rubrika.Az Musavat.com-a istinaden xəbər verir ki, bu gün axşam saatlarında yüzlərlə sahibkar yanan ticarət mərkəzinin qarşısında toplaşaraq, etirazlarını bildiriblər. Sahibkarların əsas tələblərindən biri də ticarət mərkəzinə məsul olan əsas şəxsin onların qarşısına çıxması ilə bağlıdır.
Onu da qeyd edək ki, bu gün günorta saatlarında Nizami rayonunun icra başçısı Arif Qasımov zərərçəkmiş sahibkarlarla görüşüb, onların gileyini dinləyib.
İcra başçısı Arif Qasımov sahibkarlara bildirib ki, yanğınla bağlı cinayət işi açılıb və araşdırma aparılır.
İcra başçısı onu da qeyd edib ki, araşdırma ədalətli şəkildə aparılır və heç kimin haqsız yerə 1 manatının belə, batmasına imkan verilməyəcək. O, sahibkarların narazılığının haqlı olduğunu da qeyd edib.![]()
![]()
![]()
![]()
![]()
![]()
Rubrika.Az
Facebook-da paylaş











