“Diqlas”da zərər çəkən sahibkarların sayı məlum oldu
![]()
Bu gün iqtisadiyyat naziri Şahin Mustafayev “Diqlas”dakı yanğınla bağlı sahibkarları qəbul edəcək.
Rubrika.Az Oxu.Az-a istinadla xəbər verir ki, görüş Kiçik və Orta Biznesin İnkişafı Agentliyinin binasında olacaq.
Əldə etdiyimiz məlumata görə, “Diqlas” yanğınından 400-dən çox sahibkar ziyan çəkib. Həmin sahibkarlar üç gün ərzində mərhələli şəkildə nazirin qəbulunda olacaqlar.
Rubrika.Az
Facebook-da paylaş







