Bakıda axundu qətlə yetirdilər
![]()
Martın 31-də Bakının Sabunçu rayonunun Zabrat qəsəbəsində Hüseynbala və Hacı Kamran Şamilov qardaşları arasında torpaq bölgüsü üstündə münaqişə yaşanıb.
Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, Hüseynbala Şamilov münaqişə zəminində qardaşını ov tüfəngi ilə güllələyib. Qətl törətdikdən sonra Hüseynbala Şamilov hadisə yerindən qaçıb.
Hazırda hüquq-mühafizə orqanlarının əməkdaşları onun saxlanılması üçün operativ-axtarış tədbirlərini həyata keçirirlər.
Qeyd olunur ki, Hacı Kamran Şamilov Bakı məscidlərindən birinin axundu olub.
Rubrika.az
Facebook-da paylaş











