DİN-dən Bayram Məmmədovun həbsi ilə bağlı açıqlama

Martın 16-da ölkə prezidentinin imzaladığı əfv fərmanı ilə azadlığa çıxan gənc fəal Bayram Məmmədov bu günlərdə polisə müqavimət ittihamı ilə saxlanılıb, məhkəmə ona 30 sutka inzibati həbs cəzası verib.
Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətindən bildirilib ki, əfv fərmanı ilə azadlığa çıxan hər bir məhbusun qanunvericiliyə əsasən barəsində yığım işi açılır:
“Bu, təkcə Bayram Məmmədova aid deyil, əfv edilən hər bir şəxsin borcudur ki, azadlığa çıxandan sonra ərazi polis orqanında qeydiyyatdan keçsin, müəyyən sənədləşmələr aparılsın.
Bayram Məmmədov dəfələrlə çağırış və dəvətə baxmayaraq, polis bölməsinə getməkdən imtina edib. Belə olan halda, polis özü Bayram Məmmədovu gətirərkən yolda və sonra növbətçi hissədə əməkdaşların ünvanına ağır təhqirlər yağdırıb, polisə tabesizlik və müqavimət göstərib, polisin xidmətinə maneçilik yaradıb. Onun bu hərəkətləri sənədləşdirilib və hüquqi qiymət verilməsi üçün məhkəmə göndərilib”.
Rubrika.az
Facebook-da paylaş







