• Kürdəmir camaatı Sahil Babayevə müraciət etdilər:"... vətəndaşdan 1000-1500 manat rüşvət tələb edirlər."

    Kürdəmir camaatı Sahil Babayevə müraciət etdilər:"... vətəndaşdan 1000-1500 manat rüşvət tələb edirlər."

    "Biz Kürdəmir rayon sakinlərinin şikayəti nazir Sahil Babayevədir". Rubrika.Az bildirir ki, bu sözlər Dia.az-a daxil olan müraciətdə yer alıb. Daha sonra narazı sakinlər yazır:

    "Hörmətli, Sahil Babayev, Siz demək olar bütün günü efirlərdə sosial aparılan islahatlardan, görülən işlərdən ağız dolusu bəhs edirsiniz. Yaxşı, indi gəlin Kürdəmirdə vəziyyət necədir? Kürdəmirdə necə deyərlər hər kəs keçmiş nazir Səlim Müslümovun "ölənlərinə rəhmət oxuyurlar". Bu gün hər bir Kürdəmir sakini siz Sahil Babayevdən narazıdır. Biz sakinlər bilmirik bu narazılığın mənbəyi sizsiniz yoxsa sizin DSMF-nin Kürdəmir rayon şöbəsindəki kadrlarınız? Sözü uzatmadan konkret olaraq mətləbə keçirik.
    Biz Kürdəmir sakinlərinin konkret olaraq şikayəti DSMF-nin Kürdəmir rayon şöbəsinin Sosial yardım və sosial müavinətlər sektorunun müdiri Hidayətov Hamil Ədalət oğlu və həmin sektorun məsləhətçisi Mürsəlov Ramin Məmməd oğlundandır. Bildiyimiz kimi sosial yardım və sosial yardımın təyinatı bu iki şəxsin əlində cəmləşibdir. Hər gün xeyli vətəndaş sosial müavinətin təyin (uşağın anadan olmasına görə verilən birdəfəlik müavinət, dəfn üçün müavinət, penitensiar müəssisələrdə çəzaçəkmədən azad olunan şəxslər verilən müavinət və s) olunması üçün Hidayətov Hamil və Mürsəlov Raminin yanına üz tuturlar. Uşağn anadan olmasına görə verilən (süd pulu) müavinətin təyin olunması üçün bu iki şəxs yəni H.Hamil və M.Ramin hər bir vətəndaşdan 10-15 manat, cəzaçəkmə müəssisələrindən azad olunan şəxslərə müavinətin təyin olunamsı üçün isə 40-50 manat rüşvət tələb edirlər. Və bu insanlara etirazını bildirkdə isə bildirirlər ki, bəs bizim "idarənin qarşısına tapşırıq qoyurlar", "Sahil Babayevin, nazirlikdəki digər vəzifəli şəxslərin haqqı çatmalıdır, bizim ailəmiz, uşağımız var" biz özümüz də "dolanmalıyıq" kimi ifadələrlə vətəndaşlara cavab verirlər. Bu sosial müavinət sahəsində olan korrupsiya faktları idi. İndi gəlin keçək ünvanlı sosial yardıma.

    Ünvanlı Dövlət Sosial Yardımı (ÜDSY) üçün müraciət prosedurları elektronlaşsa da, Kürdəmirdə hələ də bu “yardım” rüşvətlə başa gəlir. Belə ki, aztəminatlı ailənin təmsilçisi bir qədər pulundan keçib, lazımi sənədləri almaq, özünün təmsilçilik hüququnu rəsmiləşdirmək üçün sənədlərin dövlət rüsumlarını ödəməlidir.

    Ardınca vətəndaş özü haqqında məlumatları VEMTAS-a daxil edir. Bu hələ hamısı deyil!
    Əgər Əmək və Əhalinin Sosial Müdafiəsi Nazirliyinin bu işlərə məsul nümayəndələri müraciətçinin sənədlərində elektron olaraq, bir problem tapıb “VEMTAS” sistemi ilə imtina sms-i göndərməsələr, işin yarısını alınmış saymaq olar.
    Daha sonra vətəndaşın qeydiyyatda olduğu rayon üzrə Dövlət Sosial Müdafiə Mərkəzinin əməkdaşları Hidayətov Hamil vəya Mürsəlov Ramin vətəndaşın evinə, yaşayışına baxış keçirib, müayinə aktı imzalayırlar. Və yenidən yardım üçün rüşvət mexanizmi işə düşür..Bu rüşvət mexanizmi necə işə düşür? Gəlin bunu sizə izah edim: Vətəndəş öz gəlirləri barədə məlumatları VEMTAS-a daxil edəndə, məsələn, vətəndaş tutaq ki, VEMTAS-a bir baş inək, 5 baş qoyun, 12 sot həyətyanı torpaq sahəsi daxil edibdir. Bu vətəndaşın maddi-məişət şəraitini Hidayətov Hamil və ya Mürsəlov Ramin yoxlayarkən aşkar edir ki, vətəndaşın bir baş inəyi yox 5 baş inəyi var, beş baş qoyunu 10 baş qoyunu var, 12 sot həyətyanı torpaq sahəsi yox 50 sot həyətyanı torpaq sahəsi var. Hə bax burda rüşvət mexanizmi işə düşür. Bunlar vətəndaşa bildirir ki, mən aşkar etdiklərimi olduğu kimi müayinə aktına qeyd etsəm sənə avtomatik imtina veriləckdir və sən bir il sosial yardıma müracət hüququndan məhrum ediləcəksən. Və nəticədə vətəndaşdan 1000-1500 manat rüşvət tələb edirlər. Və biz aşağıda adları qeyd olunan Kürdəmir rayon sakinlərinin nazirlik, Baş prokurorluq, Prezident Admnistrasiyası olaraq Sizdən tələbimiz Hidayətov Hamil Ədalət oğlunun və Mürsəlov Ramin Məmməd oğlunun yuxarıda qeyd etdiyimiz korrupsiya faktlarına görə dərhal tutduqları vəzifələrindən azad edilib həbs olunmasını tələb edirik.
    1. Həsənov Şamil Qərib oğlu
    2. Atakişiyev Fərhad Osman oğlu
    3. Qurbanov Əli Həsrət oğlu
    4. Məmmədzadə Ağayar Eldar oğlu
    5. Səmədov Ağa Telman oğlu
    6. Kərimov Elimdar Seyid oğlu
    7. Seyidova Gülşən Tapdıq qızı
    8. Abdullayev Şahbaz Abdulla oğlu
    9. İbrahimov Dəmir Qəşəm oğlu
    10. Səfərova Aygül Bayram qızı
    11. Osmanov Dünyamalı Ramazan oğlu
    12.AĞAMALIYEVA KÖNÜL ƏLİYASIN QIZI
    13. Məlikov Əzizağa Əli oğlu
    14. İbrahimov İsrayıl Akif oğlu
    15.VƏLİXANOVA FƏNARƏ ZİYA QIZI
    16. Məmmədov Qabil Əliş oğlu
    17. Nuhiyev Vüsal Ramazan oğlu
    18. Havıyev Taleh Qulam oğlu
    19. Babayev Ələddin Faiq oğlu
    20. Qəniyev Mehman Əlbaba oğlu
    21. Xəlilov Fəqan Malik oğlu
    22. Qasımova Fənarə Əlisa qızı
    23. Cümşüdov Cavanşir Bəhram oğlu
    24. Abdulhəmidov Əhəd Babakişi oğlu
    25. Məmmədov Emin Rəşad oğlu
    26. İdrisov Ramiz Söhrab oğlu
    27. Əkbərova Aynurə Soltan qızı
    28. Ağayev Telman Əlövsət oğlu
    29. Şirinov Samir Mahir oğlu
    30. Əskərov Asif İlyas oğlu
    31. Mamudov İlkin Kərim oğlu
    32. Heybətov Akif Səfər oğlu
    33. Rəhimov Nurəddin Sabahəddin oğlu
    34.İbişov Rəşad Rasim oğlu
    35. Zeynalova Səbinə İbad qızı
    36. Vəkilov Sabir Əliyar oğlu
    37. Mehdiyev Səftər Zeynal oğlu
    38. Qədirov Sadiq Dəmir oğlu
    39. Bağırov Zamiq Zaman oğlu
    40. Əlizadə İlham Vaqif oğlu
    41. Umudov Tural Mətləb oğlu
    42. Əliyev Həmid Polad oğlu
    43. Xələfov Bağır Qoxmaz oğlu
    44. Mikayılov Fərhad Saleh oğlu
    45. Həbibova Rəqsanə Həbib qızı
    46. Azayeva Xəyalə Mütəllim qızı
    47. Mehdiyev Həsən Əliş oğlu
    48. Həşimov Əizi Tehran oğlu
    49. Novruzlu Samir Mustafa oğlu
    50. Əhmədov Nemət Firuz oğlu
    51. Şərifov Ceyhun Misir oğlu

    Yuxarıda adları qeyd edilən vətəndaşların əlavə olaraq, biz adlarımızın açıqlanmasını istəməyən DSMF-nin Kürdəmir rayon şöbəsinin Mühasibat uçotu sektoru, Pensiya Təyinarı sektoru və sosial sığorta sektornun əməkdaşları olaraq təsdiq edirik ki, sosial yardım sosial müavinətlər sektorunun müdiri Hidayətov Hamil Ədalət oğlu və həmin sektorun məsləhətçisi Mürsəlov Ramin Məmməd oğlu vətəndaşlardan rüşvət almaqla məşğuldurla və bu faktı bir daha təsdiq edirik".

    Rubrika.Az


    Facebook-da paylaş