SOCAR 4500 işçi axtarır

“Azərbaycan Prezidentinin çağırışına qoşulan SOCAR əlavə olaraq ictimai işlərdə çalışmaq üçün 15000 nəfərlik yeni iş yerləri açıb”.
Rubrika.az-ın Modern.az-a istinadla məlumatına görə, bu barədə SOCAR-ın Kadr, Rejim və İnformasiya texnologiyaları üzrə vitse-prezidenti Xalik Məmmədov açıqlama verib.
SOCAR rəsmisi qeyd edib ki, hazırda 4500 dən çox iş yeri vakantdır: “Qeydiyyatda olan işsizlərin işə qəbul olması üçün rayon məşğulluq xidmətlərindən göndəriş alıb, SOCAR-ın yerli idarələrinə təqdim etməsi kifayətdir. Artıq yerli idarələrin rəhbərləri müvafiq təlimat alıblar. Heç bir minnətsiz…filansız…bu sizin üçündür”.
Rubrika.az
Facebook-da paylaş









