Bakıdan Sabirabada işləmək adı ilə gedən 29 yaşlı şəxs itkin düşdü

Bakıdan Sabirabada gedən şəxs itkin düşüb.
Rubrika.Az-ın Trend-ə istinadən məlumatına görə, 1990-cı il təvəllüdlü Manafov Gündüz Elxan oğlu martın 10-da yaşadığı Xətai rayonu, M.Rüstəmov küçəsi 4/6 ünvanından çıxıb Sabirabad rayonuna işləməyə getdiyini deyib. Lakin həmin vaxtdan etibarən G.Manafovdan xəbər yoxdur.
Faktla bağlı araşdırma aparılır.
Facebook-da paylaş
















