İngiltərədə qorxunc olay: qadın məşqçini qətlə yetirdilər - FOTO
![]()
İngiltərədə qadın futbol məşqçisi qətlə yetirilib.
Rubrika.Az fanat.az-a istinadən xəbər verir ki, 18 yaşlı Meqan Nyutonun cəsədi Stok Fletçer Roaddakı bir mənzildə tapılıb.
Uşaq komandalarında məşqçilik edən Meqanın qətlinin səbəbi açıqlanmayıb. Amma qətldə şübhəli bilinən şəxs saxlanılıb. Bu, 2017-ci ildə "Nyukasl Toun"da oynayan futbolçu Yosep Trevordu.
Artıq gənc futbolçu həbs olunub. Staffordşire Ədalət Məhkəməsinə çıxarılan Trevor danışmaqdan imtina edib və ağlayıb.
Rubrika.Az
Facebook-da paylaş










