Yunanıstan Türkiyəyə kəskin etirazını bildirib
![]()
Yunanıstanın xarici işlər naziri Yorqos Katrunqalos türkiyəli həmkarı Mövlut Çavuşoğlu ilə görüş zamanı Kiprin müstəsna iqtisadi zonasında (MİZ) Ankaranın fəaliyyətinin əleyhinə çıxıb.
Yunanıstanlı nazir mayın 4-də Türkiyənin «Fatih» qazma gəmisinin MİZ-da qazma-kəşfiyyat işləri aparmaq üçün göndərilməsini qanunsuz adlandırıb.
Qonşu ölkə buna etiraz edərək, birtərəfli fəaliyyəti ləngimədən dayandırmağı tələb edib. Bundan başqa, tərəflər Egey dənizində gərginliyin aşağı salınmasına ehtiyac olduğunu qeyd ediblər.
Görüşün nəticələrinə əsasən, Katrunqalos bəyan edib ki, görüş türk-yunan münasibətlərinin kəskin problemlərini tənzimləməyə kömək etməsə də təhlükəli insidentlərdən qaçmağa kömək edib.
Bundan əvvəl, Türkiyə «Fatih» qazma gəmisini Kiprin MİZ-a göndərib və burada qaz yatağı aşkar olunub. Bundan başqa, Türkiyə bölgənin təbii ehtiyatlarına hüquqlu olduğunu bəyan edib.
Rubrika.Az
Facebook-da paylaş









