Rəşad Tağıyev vətəndaşları qəbul etdi
![]()
Keçirilən qəbullar təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir
Son zamanlar Təhsil Nazirliyi və ona bağlı olan strukturlarda vətəndaşların qəbulu, onların problemlərinin həlli istiqamətində mühüm işlər görülür. Təhsil naziri Ceyhun Bayramov tərəfindən nazirlikdə formalaşdırılan şəffaf qəbul mexanizmi bütün vətəndaşlar tərəfindən yüksək qiymətləndirilir. Təsadüfi deyil ki, Ceyhun müəllim təkcə nazirlikdə deyil, həmçinin müxtəlif rayonlarda da vətəndaşların yerindəcə qəbulunu həyata keçirir, lazımi tədbirləri görür. Artıq aparılan islahatlar nəticəsində Təhsil Nazirliyi və onun müvafiq qurumıarı vətəndaşlarla birbaşa bağlantı yaradan dövlət qurumu kimi cəmiyyətdə yüksək imic formalaşdırıb.
Bu ənənə artıq Bakı şəhəri üzrə Təhsil İdarəsində də uğurla tətbiq edilir. İdarənin müdiri Rəşad Tağıyev vaxtaşırı qəbullar keçirərək pedaqoji ictimaiyyətin və valideynlərin problemləri ilə yerindəcə tanış olur.
R.Tağıyev bu gün paytaxtın Nizami və Nərimanov rayonları üzrə müəllim və valideynlərin səyyar qəbulu keçirilib.
Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdiri Rəşad Tağıyev paytaxtdakı 291 nömrəli Ekologiya liseyində vətəndaşları qəbul edib.
Qəbula gələn vətəndaşlar təhsil müəssisələrinin təmiri, məktəblərin maddi-texniki təminatı, əlavə tədris korpusunun tikilməsi, müəllimlərin işə qəbulu və yerdəyişməsi, I sinfə qəbul, birnövbəli sistemə keçid və digər müvafiq məsələlərlə bağlımüraciət ediblər.
İdarə müdiri vətəndaşların müraciət, şikayət və təkliflərini dinləyərək onların aradan qaldırılması, hər bir müraciətin araşdırılması, qaldırılan məsələlərin qanunvericiliyə uyğun həlli istiqamətində müvafiq tapşırıqlar verib.
Vətəndaşlar tərəfindən qaldırılmış bütün məsələlər qeydiyyata alınıb. Məsələlərin həlli ilə bağlı müvafiq tədbirlərin icrasına başlanılıb.
Qeyd edək ki, səyyar qəbul vəzifə funksiyalarının tələb olunan səviyyədə yerinə yetirilməsi istiqamətində müəssisə rəhbərlərinin məsuliyyətinin artırılması, vətəndaşları maraqlandıran məsələlərə yerində aydınlıq gətirilməsi, təhsilin keyfiyyətinin yüksəldilməsi, məktəblərdə sağlam və yaradıcı mühitin təmin olunması üçün sistemli iş aparmaq məqsədlərinə xidmət edir.
Həmidə
Rubrika.Az
Facebook-da paylaş














