İlham Əliyev Minskdə II Avropa Oyunlarının açılış mərasiminə qatılmayacaq

Azərbaycanı parlamentin spikeri təmsil edəcək
Azərbaycan Prezidenti İlham Əliyev Belarus paytaxtı Minskdə keçiriləcək II Avropa Oyunlarının açılış mərasiminə qatılmayacaq. Bu barədə Sputnik Belarus hökumətdəki mənbələrə istinadən xəbər verir.
"Prezident olmayacaq. Azərbaycanı parlamentin spikeri təmsil edəcək", - deyə mənbə bildirib.
Qeyd edək ki, Belarus paytaxtı Minskdə 21-30 iyun tarixlərində II Avropa Oyunları keçiriləcək. Oyunlara 50 ölkədən 4 mindən çox idmançının qatılacağı gözlənilir.
Qeyd edək ki, ilk Avropa Oyunları 12-28 iyun 2015-ci il tarixində Bakıda keçirilib. Yarışlarda Avropanın 50 ölkəsinin 10 000 idmançısı mübarizə aparıb. Yarışlarda Bakının 11, Mingəçevirin isə 1 idman qurğusundan istifadə olunub. 2015 Avropa Oyunlarının təqviminə 30 idman növü daxil edildi. Onlardan 24-ü Olimpiya, 6-sı isə qeyri-Olimpiya idman növüdür. Yarışlarda idmançılar 253 dəst medal uğrunda yarışıb.
Rubrika.az
Facebook-da paylaş










