Kadırovun iqamətgahı yaxınlığında polisə silahlı hücum: ölən və yaralananlar var

Çeçenistan Respublikasının başçısı Ramzan Kadırovun iqamətgahının qarşısında yol-patrul xidməti aparan polislərə hücum edilib.
Virtualaz.org bildirir ki, bu barədə Telegram kanalı "112" məlumat yayıb.
Hüquq-mühafizə orqanlarının iki əməkdaşı yaralanıb. Hücum edən şəxs maşında olub, onu məhv ediblər.
“Baza” kanalı isə dəqiqləşdirir ki, hücum edənlər iki nəfər olublar.
"Yaraqlılar polisə bıçaqla iki dəfə zərbə vurmağa və onu tüfəngdən açdıqları atəşlə yaralamağa vaxt tapıblar. Onlardan yalnız biri öldürülüb”, -deyə xəbərdə bildirilib.
Rubrika.az
Facebook-da paylaş












