Tramp və Putin arasında görüş keçirilib – Yenilənib

BŞ Prezidenti Donald Tramp ilə Rusiya Prezidenti Vladimir Putin arasında görüş başa çatıb.
Rubrika.Az “Report”a istinadla xəbər verir ki, bu barədə “RİA Novosti” məlumat yayıb.
Ağ evdən bildirilib ki, prezidentlər İran, Suriya, Venesuela və Ukraynadakı vəziyyəti müzakirə ediblər.
* * *
Rusiya prezidenti Vladimir Putin və ABŞ prezidenti Donald Tramp arasında Osakada “G20″ sammiti çərçivəsində ikitərəfli görüş başlayıb.
Görüşün bir saat və ya saat yarım davam edəcəyi gözlənilir.
Qeyd edək ki, bu, D.Tramp 2018-ci ilin dekabrında V.Putinlə Argentinada “G20” sammiti çərçivəsində nəzərdə tutulan görüşü təxirə saldıqdan sonra baş tutan ilk görüşdür.
2018-ci ilin dekabrndan bu yana iki ölkə lideri bir dəfə bu ilin mayında telefonda danışıblar.
Rubrika.Az
Facebook-da paylaş











