Qubada avtomobilin vurduğu piyada ölüb
![]()
Qubada ölümlə nəticələnən yol-nəqiliyyat hadisəsi baş verib.
“Report”un Şimal bürosunun verdiyi məlumata görə, hadisə Quba rayonun Hacıhüseynli kəndi yolunda baş verib.
Rayonun Əliməmmədoba kənd sakini, 2001-ci il təvəllüdlü Murad Azad oğlu Babayevi avtomobil vurub.
M.Babayev aldığı xəsarətlərdən hadisə yerində dünyasını dəyişib. Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş












