Türkiyədən “təhlükəsiz bölgə” hazırlığı: 3-lü və 4-lü zirvə keçiriləcək

Türkiyənin prezidenti Rəcəb Tayyib Ərdoğan avqustda Soçi zirvəsi formatında Rusiyanın dövlət başçısı Vladimir Putin və İran prezidenti Həsən Ruhani ilə bir araya gələcək. 3-lü liderlər zirvəsində Suriyadakı son vəziyyət, Astana prosesi və İdlibdə yaşanan son gəlişmələr müzakirə olunacaq.
Türkiyənin təhlükəsiz bölgə təklifinə iki dövlət başçısından da dəstək istənəcək. Soçi formatı olaraq bilinən 3-lü zirvə son olaraq Tehrandan sonra Soçidə təşkil edilərkən, bu dəfə Türkiyədə reallaşdırılacaq.
ASTANA GÖRÜŞMƏLƏRİ DAVAM EDƏCƏK
Türkiyə, İran və Rusiyanın cəhdləriylə başladılan Suriya mövzulu Astana görüşmələri də bu ay qaldığı yerdən davam edəcək. 3 ölkənin nümayəndələri Qazaxıstanın paytaxtı Nur Sultanda 13-cü dəfə bir araya gələrək başda konstitusiya komitəsinin qurulma işləri olmaqla, Suriya məsələsi müzakirə olunacaq.
Texniki heyətlərin də bir araya gələcəyi yığıncaqda, İdlib gərginliyi azaltma bölgəsindəki hadisələr, əsir və məhbus dəyişməsi ilə mühasirə altındakı bölgələrə fasiləsiz humanitar yardımın daxil olması da gündəmə gələcək. Burada da Türkiyə tərəfindən təhlükəsiz bölgə yaradılmasına yönəlik təkliflər gündəmə gətiriləcək.
PAYIZDA 4-lü ZİRVƏ
Türkiyənin avqustun sonu, sentyabrın əvvəllərində Suriya mövzulu əhəmiyyətli bir zirvəyə daha ev sahibliyi etməsi planlanır. Ötən il Türkiyə, Rusiya, Fransa və Almaniya liderlərinin iştirakıyla İstanbulda təşkil edilən 4-lü liderlər zirvəsinin ikincisinin reallaşdırılması üçün hazırlıqlar davam edir.
Suriya məsələsinin əhatəli bir şəkildə müzakirə olunması planlanan zirvədə, prezident Ərdoğan, Rusiyanın dövlət başçısı Putin, Almaniyanın baş naziri Angela Merkel və Fransanın prezidenti Emmanuel Makron fikir mübadiləsi aparılacaq. Keçən il oktyabr ayında 4 liderin iştirakıyla İstanbulda reallaşdırılan zirvədən sonra yayımlanan ortaq bəyanatda, Suriya ixtilafından qaynaqlanan regional və qlobal təhlükəsizlik ilə sabitliyə yönəlik risk və təhdidlər qarşısındakı ortaq qayğılar ifadə edilmişdi.
Rubrika.Az
Facebook-da paylaş








