İranda yenə zəlzələ oldu

İranın cənubunda 5 bal gücündə zəlzələ baş verib.
Rubrika.Az xəbər verir ki, yeraltı təkanlar Bakı vaxtı ilə saat 02:59 radələrində qeydə alınıb. Zəlzələnin episentri Bəndər-Lengə şəhərindən 23 kilometr şimal-şərqdə, ocağı isə 10 kilometr dərinlikdə yerləşib.
Dağıntı və tələfat haqda məlumat daxil olmayıb.
Virtualaz.org xatırladır ki, son vaxtlar İranda baş verən yeraltı təkanların sayı artıb.
Rubrika.Az
Facebook-da paylaş







