“Qarabağ”dan daha bir səfər heç-heçəsi

"Qarabağ" komandası UEFA Çempionlar Liqasında II təsnifat mərhələsinin ilk oyununu keçirib.
Rəqib İrlandiya çempionu "Dandolk" olub. Eyniadlı şəhərin “Oriel Park” stadionunda təşkil olunmuş qarşılaşmada qalib müəyyənləşməyib - 1:1.
Hər iki qol künc zərbəsindən sonra vurulub. 4-cü dəqiqədə Mahir Emreli, 78-ci dəqiqədə isə Patrik Hoban fərqlənib.
Bu komandalar arasında cavab görüşü iyulun 31-də "Dalğa Arena"da keçiriləcək.
Rubrika.Az
Facebook-da paylaş








