Bakıda 18 yaşlı qız itkin düşüb

Bakıda 18 yaşlı qız itkin düşüb.
Xətai rayonu, K.Əhmədov küçəsi ev 4 ünvanında yaşayan 1971-ci il təvəllüdlü Reyhan Hacıyeva 37-ci Polis Şöbəsinə ərizə ilə müraciət edərək bildirib ki, qızı, 2001-ci il təvəllüdlü Sevinc Hacıyeva iyulun 24-də saat 16 radələrində yaşadığı evdən çıxıb və bir daha geri qayıtmayıb.
Faktla bağlı Xətai Rayon Polis İdarəsinin 37-ci Polis Şöbəsində araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş














