Bu ilin I yarısında “Azəri-Çıraq-Günəşli” yataqlar blokundan 13 mln ton neft hasil edilib

Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidməti “Frego” neft şirkətinin təsisçiləri Giorgi Topçişvili və Vladimir Qvelaşvilinin saxlanılması ilə bağlı məlumat yayıb.
“Report”un Gürcüstan bürosu xəbər verir ki, şirkət külli miqdarda vergidən yayınmaqda ittiham olunur.
Təsisçilər bu məqsədlə saxta gömrük sənədlərinin istifadəsinə yol verib.
Şirkətin qanunsuz fəaliyyəti nəticəsində Gürcüstanın dövlət büdcəsinə 2 837 683 lari ziyan vurulub.
Saxlanılan sahibkarları 4 ildən 7 ilədək həbs cəzası gözləyir.
*** 13:25
Gürcüstanda “Frego” neft şirkətinin təsisçiləri Giorgi Topçişvili və Vladimir Qvelaşvili saxlanılıblar.
“Report”un yerli bürosu xəbər verir ki, onları Gürcüstan Maliyyə Nazirliyinin İstintaq Xidmətinin əməkdaşları saxlayıb.
Sahibkarların hansı ittihamla saxlanıldıqları hələ məlum deyil.
Qeyd edək ki, “Frego” şirkəti 2013-cü ildən etibarən Gürcüstan bazarında fəaliyyət göstərir. Şirkətin ölkə üzrə 33 yanacaqdoldurma məntəqəsi var.
Rubrika.az
Facebook-da paylaş













