FHN: Kür çayında batan gəncin meyiti tapılıb
![]()
Kür çayının Yevlax şəhəri, Varvara kəndi ərazisindən keçən hissəsində batan 1991-ci il təvəllüdlü Maqsudzadə Nəsib Maarif oğlunun axtarışları başa çatıb.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Reyting.az-a verilən məlumatda bildirilir ki, N. Maqsudzadənin meyiti Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu tərəfindən tapılaraq sudan çıxarılıb və aidiyyəti üzrə təhvil verilib.
Rubrika.Az
Facebook-da paylaş














