Lerikdə zəlzələ baş verib

Avqustun 7-də Lerik rayonunun ərazisində 3 bal gücündə zəlzələ baş verib.
Azərbaycan Milli Elmlər Akademiyası nəzdində Respublika Seysmoloji Xidmət Mərkəzindən AZƏRTAC-a bildirilib ki, yeraltı təkanlar yerli vaxtla saat 23:13-da Lerik stansiyasından 18 kilometr şərqdə Lerik ərazisində zəlzələ qeydə alınıb.
Ocağı 20 kilometr dərinlikdə yerləşən zəlzələ hiss olunmayıb.
Rubrika.Az
Facebook-da paylaş













