Ağstafada ağır qəza

Ağstafa rayonunun Aşağı Göycəli kəndində minik avtomobili yük maşınına çırpılıb.
Rubrika.az-in "Report"a istinadla məlumatına görə, nəticədə minik avtomobilinin 1985-ci il təvəllüdlü sürücüsü Zaur Həsənov hadisə yerində keçinib.
Maşında olan sərnişin, 1985-ci il təvəllüdlü Ağstafa rayon sakini Orxan Qurbanov isə xəsarət alıb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş














