Deputatın oğlu ilə bağlı məhkəmə HƏBS QƏRARI VERDİ

"Relax” İstirahət Mərkəzinə gələn Vergilər Nazirliyinin əməkdaşlarını döydüyünə görə, Milli Məclisin deputatı İqbal Məmmədovun oğlu Mirhəmid Nərimanlı haqda məhkəmə qərar çıxarıb.
Rubrika.Az-ın Unikal.org-a istinadən əldə etdiyi məlumata görə, Nəsimi rayon Məhkəməsinin qərarı ilə Mirhəmid Nərimanlı 3 aylıq həbs qəti imkan tədbiri seçilib.
Xatıraldaq ki, baş verən hadisəyə görə, deputatın oğlu Mirhəmid Nərimanlı da daxil olmaqla 5 qohumunun DİN-in Baş Mütəşəkkil Cinayətkarlıqla Mübarizə İdarəsində saxlanılmışdı.
Rubrika.Az
Facebook-da paylaş












