Aeroport yolunda ağır qəza - 4 nəfər xəstəxanaya düşdü

Bakıda Hava limanı yolunda xəsarətlə nəticələnən yol qəzası baş verib.
Rubrika.Az “Report”a istinadla bildirir ki, "Buta Palace"nin yanında "BMV X5" markalı avtomobilin "VAZ-2104"ə çırpılması nəticəsində 4 nəfər yaralanıb.
Bunlar 1987-ci təvəllüdlü Nurullayev Ceyhun Təvəkkül oğlu, 1996-cı il təvəllüdlü Gözəlov Yavər Mehman oğlu, 1993-cü təvəllüdlü Əliyev Coşqun Vəli oğlu və 1994-cü il təvəllüdlü Məmmədzadə Hacı İntiqam oğlufur. Yaralıların hamısı "VAZ-2104"də olanlardır. Vəziyyətləri orta-ağır qiymətləndirilir.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş








