"Bakcell, Allah evini yıxsın" - Jurnalistdən etiraz

"Bakcell, Allah evini yıxsın, internet ver".
Bunu Qaynarinfo.az saytının əməkdaşı Pərvin Kazımoğlu sosial şəbəkədə Bakcell-in rəsmi səhifəsini tağ edərək, yazıb.
Maraqlıdır ki, Bakcell mətbuatdakı xəbərlərdən fərqli olaraq, bu stutusa operativ reaksiya verib. Belə ki, "ÖZÜNÜZƏ UYĞUN SÜR@ SEÇİN!" linkini statusun şərh bölümündə paylaşaraq, jurnalistə xidmət təklif edib.
Ancaq jurnalistin buna cavabı daha maraqlı və sərrast olub: "Bakcell, mənim internet paketim, sənin internetin yoxdur".
Bundan sonra isə şirkətdən səs çıxmayıb/Mia.az.
Rubrika.az
Facebook-da paylaş













