Mədət Quliyev ilk dəfə nazir postunda yürüşə qatıldı - FOTO

Azərbaycan Respublikasının müdafiə sənayesi naziri Mədət Quliyev yeni postunda ilk dəfə olaraq Azərbaycan Avtomobil Federasiyasının təşkilatçılığı ilə Bakıda növbəti dəfə klassik avtomobillərin yürüşü və sərgisində iştirak edib.
Rubrika.az unikal.org-a istinadla xəbər verir ki, Heydər Əliyev Fondunun vitse-prezidenti Leyla Əliyevanın və bir çox tanınmış şəxslərin izlədikləri yürüşə Mədət Quliyev də qatılıb. Nazir Heydər Əliyev Fondunun icraçı direktoru Anar Ələkbərovla görüşdükdən sonra, 1980-ci ilədək istehsal olunmuş “Qaz-21” avtomobili idarə edib. 
Rubrika.az
Facebook-da paylaş












