• Prezident İlham Əliyevdən sonra Azərbaycanın prezidenti ola biləcək tək şəxsiyyət, ad günün mübarək!

    Prezident İlham Əliyevdən sonra Azərbaycanın prezidenti ola biləcək tək şəxsiyyət, ad günün mübarək!

    Azərbaycanın Birinci vitse-prezidenti və birinci xanımı Mehriban Əliyeva milyonlarla insanın sevgisini qazanıb. Mehriban xanım Əliyeva Azərbaycanda təhsilin, mədəniyyətin, səhiyyənin, idmanın inkişafı, ölkəmizlə bağlı həqiqətlərin dünyada təbliği, xalqımızın maddimənəvi dəyərlərinin yenidən dirçəldilməsi, onların qorunub saxlanılması, dünya xalqlarının mədəniyyətlərinə inteqrasiyası istiqamətində böyük işlər görüb.

    Azərbaycan və dünya xalqlarının sosial-mənəvi həyatına verdiyi töhfələrlə yanaşı, Mehriban xanım Əliyeva ictimaisiyasi fəaliyyəti ilə də nümunə təşkil etməkdədir. Mehriban xanım Əliyevanın gördüyü işlər təkcə Azərbaycanda deyil, dünya miqyasında da yaxından izlənilir və yüksək qiymətləndirilir. Elə buna görədir ki, Mehriban xanım Əliyevanın geniş miqyaslı fəaliyyəti daim diqqət mərkəzində olub və ayrı-ayrı dövlətlər, beynəlxalq təşkilatlar tərəfindən müxtəlif mükafatlara layiq görülüb.

    Hər şeydən əvvəl, Mehriban xanım Əliyeva öz xalqına və dövlətinə qırılmaz mənəvi tellərlə bağlıdır. Mehriban xanım Əliyeva qeyd etmişdir: “Biz fəxr edirik ki, son illər ölkəmizdə baş verən müsbət meyillərdə, dəyişikliklərdə, inkişafda, Azərbaycanın beynəlxalq arenada nüfuzunun artmasında biz öz kiçik də olsa töhfəmizi verməyi bacarmışıq. Mən əminəm ki, vəzifədən asılı olmayaraq, insan öz yolunu, peşəsini seçəndə hər hansı bir işinə, əməyinə vicdanla yanaşmalı, qarşısına aydın məqsədlər qoyub, bu məqsədlərə nail olmağa çalışmalı, söz və işlərində bütöv olmalıdır”. Bu fikirlər Mehriban xanım Əliyevanın həyat kredosunu tamamilə əks etdirir. Mehriban xanım Əliyevanın müxtəlif vəzifə və statuslarda bu zamana qədərki fəaliyyəti - Azərbaycan naminə gördüyü genişmiqyaslı işlər cəmiyyətdə ona böyük inam və rəğbət yaradıb. Bu gün hər bir Azərbaycan vətəndaşı Mehriban xanım Əliyevanın çox şaxəli fəaliyyətini olduqca yüksək qiymətləndirir. Mehriban xanım Əliyeva müsahibələrinin birində qeyd edib ki, xeyriyyəçilik - insanların hər hansı direktivlər və göstərişlər əsasında deyil, öz qəlbinin və vicdanının səsi ilə öz vəsaitlərini, qüvvələrini, vaxtını və enerjisini sərf edərək gördüyü xeyirxah işlərdir. Ümumiyyətlə, Mehriban xanım Əliyevanın xeyriyyəçilik fəaliyyəti olduqca yüksək qiymətləndirilməklə yanaşı, gələcək nəsillər üçün çox mühüm örnəkdir...
    Ümumiyyətlə, Mehriban xanım Əliyevanın geniş məzmunlu və çoxşaxəli fəaliyyəti humanizm prinsipinə əsaslanır. Bu baxımdan, xeyriyyəçilik Mehriban xanım Əliyevanın fəaliyyətinin əsasını təşkil edən mühüm amillərdən biridir və özündə ali dəyərləri əks etdirir. Mehriban xanım Əliyeva xeyriyyəçilik fəaliyyəti ilə müasir, müstəqil Azərbaycanda bu sahədə sosial-fəlsəfi təməl yaratmaqla yanaşı, gələcək nəsillərə nəcib bir yolun əsas konturlarını göstərir. Azərbaycanda birinci xanım institutu faktiki olaraq İlham Əliyev Prezident seçildikdən sonra formalaşıb. Dövlət başçısının xanımı Mehriban Əliyeva 15 ildir ki, ölkənin ictimai-siyasi həyatında fəal iştirak edir, çiynini sosial problemlərin yükü altına verir, bir çox böyükmiqyaslı tədbirlərin təşkilatçılığını cəsarətlə üzərinə götürür. Biz onu hadisələrin mərkəzində, insanların arasında görməyə adət etmişik. Sanki belə də olmalıymış. Mehriban Əliyevanın birinci xanım missiyasına yanaşması zərurət, yaxud görüntü naminə deyil, təbiətindən və xarakterindən doğan bir yanaşmadır. O, həyatının mənasını Vətənə, xalqa və insanlara xidmətdə görür. Sərhəd tanımayan humanistlik, xeyirxahlıq, insanpərvərlik Azərbaycanın birinci xanımını fərqləndirən əsas keyfiyyət və ayrıca söhbət mövzusudur. Mehriban xanım ixtisasca həkimdir. Həyatı elə gətirib ki, artıq çoxdandır öz peşəsi ilə məşğul olmur. Amma fəaliyyətinin hər bir sahəsində, xüsusən Heydər Əliyev Fondunun prezidenti vəzifəsində həkimlik peşəsindən irəli gələn prinsipləri əsas götürür. Özünün dediyi kimi, həkimlik ruh və qəlblə bağlı olan peşədir, dərdə şərik olmaq və şəfqət elmidir. İnsanların halına yanmaq, ehtiyacı olanlara əl uzatmaq peşəsidir.
    Heydər Əliyev Fonduna rəhbərlik etdiyi, Milli Məclisə deputat seçildiyi vaxtdan bəri ölkə həyatının elə bir sahəsi olmayıb ki, Mehriban xanım Əliyevanın diqqətindən kənarda qalsın. Daim seçicilərinin yanında olan, onların problemlərini dinləyən və həll edən deputat kimi bütün xalqın rəğbətini və məhəbbətini qazanan Mehriban xanım Əliyevanın Birinci vitse-prezident təyin edilməsi hər bir azərbaycanlını ürəkdən sevindirirdi. Çünki, Ümummilli Lider
    Heydər Əliyevin ölməz ideyalarına bütün varlığı ilə bağlı olan, Prezident İlham Əliyevin həyata keçirdiyi çoxşaxəli daxili və xarici siyasətə layiqli töhfələrini verən Heydər Əliyev Fondunun prezidentinin Ulu Öndərin memarı və qurucusu olduğu müstəqil Azərbaycan dövlətinin ali idarəetmə sistemində ikinci yüksək vəzifəni daşımasına çoxdan siyasi və mənəvi haqqı çatırdı. Xalqımızın milli mədəniyyətinin, mənəvi dəyərlər sisteminin qorunmasında, cəmiyyətə sağlam dəyərlərin aşılanmasında Mehriban xanımın müstəsna xidmətləri onu cəmiyyətə mötəbər ictimai-siyasi xadim kimi tanıtmışdı. Mehriban xanım Əliyevanın Azərbaycan Respublikasının Birinci vitse-prezidenti təyin olunmasının səbəbi böyük idarəçilik təcrübəsi və xalqının sevgisini qazanması ilə yanaşı, həm də ölkə Prezidenti İlham Əliyevin ən yaxın silahdaşı, yardımçısı, mənəvi dəstəkçisi olması ilə bağlı idi. Daha doğrusu, Azərbaycanın birinci xanımı Birinci vitse-prezident təyin olunana qədər deputat və Fond rəhbəri kimi reallaşdırdığı uğurlu layihələrlə, dövlət müstəqilliyimizin əsaslarının və Prezident İlham Əliyevin liderlik nüfuzunun möhkəmlənməsinə geniş ictimai dəstək qazandırmışdı.Mehriban xanım cınab Prezidentin ən yaxın silahdaşı, Azərbaycan qadınının,anasının simvoludur. Prezident İlham Əliyevdən sonra Azərbaycanın prezidenti ola biləcək tək şəxsiyyət, ad günün mübarək olsun!

    Nicat Mahmudov
    Rubrika.Az


    Facebook-da paylaş