Nadir Qafarzadəyə hansı maddə ilə cinayət işi açıla bilər?
![]()
Türkiyənin Kırıkkale bölgəsində 38 yaşlı Emine Bulutun keçmiş həyat yoldaşı tərəfindən dəhşətli şəkildə - övladının gözü qarşısında öldürülməsi günlərdir ki, Türkiyə ilə yanaşı ölkəmizdə də geniş müzakirələrə səbəb olub
Azərbaycanlı müğənni Nadir Qafarzadə məsələyə münasibət bildirərkən “pis qadının başı kəsilməlidir” deyib. Bu açıqlaması Nadir Qafarzadənin kəskin tənqid olunmasına, məsələnin yenidən sosial şəbəkələrdə müzakirəsinə yol açıb. Müğənninin bu açıqlaması cinayətə təhrik etmə, qətlə dəvət kimi dəyərləndirilir.
Nadir Qafarzadə bu ifadələrə görə hüquq mühafizə orqanlarının diqqətini cəlb edibmi?
Ümumiyyətlə, qanunda belə çağırışlar edən şəxslərin məsuliyyət məsələsi əksini tapıbmı?
Hüquqşünas Əkrəm Həsənov deyir ki, Cinayət Məcəlləsinin 7-ci hissəsində “cinayətdə iştirakçılıq” anlayışı verilib:
“Bir var cinayəti törədən, bir də var cinayətin təşkil edən, cinayəti birgə törədən şəxs. Cinayətdə iştirakçılığın bir forması da təhrikdir. Kimisə bu və ya digər formada cinayəti törətməyə sövq edilibsə, təhrik edən şəxs də cinayət məsuliyyəti daşıyır. Bu gün bir kişi və ya elə bir qadın hansısa bir əxlaqsız qadının başını kəssə, həbsindən sonra desə ki, bu cinayəti ona görə etdim ki, Nadir Qafarzadə təhrik edib. Təbii ki, bundan sonra Nadir Qafarzadə məsuliyyətə cəlb olunacaq”.
Hüquqşünas deyir ki, Cinayət Məcəlləsinin 32-ci və 33-cü maddələrində cinayətdə iştirakçılığın növləri; cinayətin iştirakçılarının məsuliyyəti konkret göstərilir
32.1. Cinayətin icraçısı ilə birlikdə, təşkilatçısı, təhrikçisi və köməkçisi cinayətin iştirakçıları sayılırlar.
32.2. Cinayəti bilavasitə törətmiş və ya başqa şəxslərlə birlikdə onun törədilməsində bilavasitə iştirak etmiş şəxs (birgə icraçılıq), eləcə də bu Məcəllə ilə nəzərdə tutulmuş hallarda cinayət məsuliyyətinə cəlb edilə bilməyən şəxslərdən istifadə etməklə cinayəti törətmiş şəxs icraçı sayılır./pia.az
Rubrika.az
Facebook-da paylaş















