Bakının məşhur restoranı sökülür - FOTO
![]()
Bakının məşhur restoranlarından sayılan "Oazis" bugündən bağlanır.
Rubrika.Az unikal.org-a istinadən xəbər verir ki, "Oazis"in sahibi Mirtalıb Miroğlu artıq restoranını məşhur marketlər şəbəkəsinə satıb.
Dünən restoranda sonuncu ad günü, toy, nişan mərasimləri baş tutub. Bugündən etibarən restoran heyəti buraxılacaq və müştəri qəbulu dayandırılır.
Restoranın söküntüsünə start veriləcək. Artıq bununla bağlı işlərə də başlanılıb.
RUBRİKA.AZ
Facebook-da paylaş







