Gürcüstanda neft bazasında yanğın

Gürcüstanın Samtredia rayonunda yerləşən neft bazasında yanğın hadisəsi qeydə alınıb.
Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, ötən gecə baş verən yanğının söndürülməsinə İmereti və Sameqrelo rayonlarından 14 xilasetmə qrupu və 70 yanğınsöndürən cəlb olunub.
Hazırda yanğın lokallaşdırılıb və tam aradan qaldırılması üçün işlər davam etdirilir.
Bildirilir ki, Gürcüstanın Daxili İşlər Nazirliyi hadisə ilə bağlı araşdırmaya başlayıb.
Rubrika.Az
Facebook-da paylaş











