118 ölkənin Ali Məhkəmə rəhbərlərinin iştirak etdiyi Şuranı Ramin Qurbanov açdı
![]()
18 sentyabr 2019-cu ildə Qazaxıstanda "Ədalət İdarəçiliyi: Qlobal meyllər və ən yaxşı təcrübələr" Beynəlxalq Ədalət Forumu keçirilib.
Rubrika.az virtualaz.org-a istinadla bildirir ki, tədbir Beynəlxalq Hakimlər Assosiasiyası, Beynəlxalq Məhkəmə Administrasiyasının Beynəlxalq Assosiasiyası və Qazaxıstan Ali Məhkəməsi tərəfindən təşkil edilib.
Qlobal miqyaslı bu möhtəşəm beynəlxalq tədbirdə 118 ölkədən 1000-dən çox iştirakçı təmsil olunub. Onların arasında Serbiya, Gürcüstan, Moldova, Belarus, Qazaxıstan, Qırğızıstan, Tacikistan, Rusiya və digər dövlətlərin Ali Məhkəmələrinin sədrləri və sədr müavinləri, habelə dövlət məmurları və Ədliyyə nazirliklərinin rəsmiləri, o cümlədən ABŞ, Sinqapur, Yaponiya, İngiltərə, İtaliya, Fransa, Səudiyyə Ərəbistanı və digər ölkələrdən ədliyyə idarəetməsi sahəsində nüfuzlu beynəlxalq ekspertlər təcrübələrini bölüşüblər.
Forumun gedişatında dünyada ədalət mühakiməsinin səmərəliliyi, məhkəmə sisteminin təşkili və idarə olunması, məhkəmə fəaliyyətində informasiya texnologiyalarının tətbiqi, ədalətə qlobal təhdidlər və onların həlli yolları, qarşıda duran problemlərlə bağlı geniş müzakirələr aparılıb.
Facebook-da paylaş











