Bakıda yolu keçmək istəyən 2 nəfəri maşın vurdu

Bakının Nizami rayonu ərazisində iki piyadanın vurulması ilə nəticələnən növbəti yol qəzası baş verib.
“Report” bildirir ki, 10 VV 881 dövlət qeydiyyatı nişanlı “BMV” markalı avtomaşın metronun “Qara Qarayev” stansiyasının yanında, yolun piyadalar üçün nəzərdə tutulmayan hissəsindən keçmək istəyən iki nəfəri vurub.
Qəza zamanı 1992-ci təvəllüdlü Ümid Novruzov sağ ayağı sınıb. Digər şəxsin isə sol ayağı azilib.
Hər iki yaralı təcili tibbi yardımın köməkliyi ilə xəstəxanaya çatdırılıb.
Faktla bağlı araşdırma aparılır.
Rubrika.Az
Facebook-da paylaş











