Zakir Qaralov: "Bu il korrupsiya hallarına görə 397 vəzifəli şəxs haqqında cinayət işi başlanılıb"

"Bu ilin 9 ayı ərzində prokurorluq orqanları tərəfindən 397 vəzifəli şəxs haqqında korrupsiya cinayətləri törətdiklərinə görə, 250 cinayət işi məhkəmə məsuliyyətinə verilib".
Rubrika.az-ın "Report"a istinadən xəbərinə görə, bunu Baş prokuror Zakir Qaralov jurnalistlərə açıqlamasında deyib.
O bildirib ki, bu proseslərdə dövlətə dəymiş 18 milyon manat zərər ödənilib: "Hazırda Baş prokuror yanında Korrupsiyaya qarşı Mübarizə Baş İdarəsinin icraatında 127 cinayət işi istintaq olunur".
Rubrika.az
Facebook-da paylaş












