"Bəs Üzeyir Mehdizadə, Maral Tahirqızı oxuyanda niyə bir söz demirlər...?"
![]()
"Yazıq bir dənə mahnı oxudu ki, dəbə düşsün, uşaqlarına çörək qazansın, onu da çox gördülər..."
Nəsiminin "Sığmazam" qəzəlini hind ritmləri üzərində oxuyaraq gündəmi zəbt edən müğənni Afət Fərmanqızı Azərbaycandan gedir. Bildirilir ki, müğənni oxuduğu ifaya görə sərt reaksiyalarla rastlaşdığı üçün ölkəni tərk edir. Xanım müğənninin Birləşmiş Ərəb Əmirliklərinin Dubay şəhərində yerləşmək istədiyi deyilir.
A.Fərmanqızının Dubaya köçmə xəbərini eşidən müğənni Əli Mirəliyev təəccübünü gizlədə bilmədi və Moderator.az-a açıqlamasında ona qarşı olan hücumları ədalətsiz hesab etdiyini bildirdi:
"Nə, Afət Dubaya köçür? Onun Dubayda nə işi var? Mənimlə zarafat edirsiniz? Saytlar çox şey yazır, amma bilmirəm hansına inanım. Yazırlar ki, Əli müəllim infarktdan rəhmətə gedib, digəri yazır ki, Mərdəkan yolunda qəzaya düşərək dünyasını dəyişib.
Afət yaxşı müğənnidi, bunu dəfələrlə demişəm. Sadəcə mahnının sözləri elə yazılıb ki, gərək bu Nəsiminin qəzəli olmayaydı. İndi belə şeylər olur. Ona qarşı hücumları isə ədalətsiz hesab edirəm. O adamlara demək istəyirəm ki, Afətin xalq musiqilərinə, bəstəkar mahnıları oxumağına dəyər verin. Yazıq bir dənə mahnı oxudu ki, dəbə düşsün, uşaqlarına çörək qazansın, onu da çox gördülər. Bəs Üzeyir Mehdizadə, Maral Tahirqızı oxuyanda niyə bir söz demirlər? Afət bəstəkar mahnıları oxuya bilir. Mən sözü deyəndə bilirəm nə deyirəm. Afət oxumağı bacaran adamdı, sadəcə bizdə bəstəkar və xalq mahnıları oxuyanlara dəstək olmurlar. Ona görə də müğənnilər məcbur olub belə mahnılar oxuyurlar. Necə ki, Nadir Qafarzadə "Maral-maral" mahnısı oxudu, mənim də xoşum gəlmədi. Sakit Məmmədov da Cahangir Cahangirovun mahnılarından sonra "Əjdər əmi" mahnısını oxudu. Bilirsiniz, belə şeylər olur. Mən şəxsən bunu normal sayıram, onlar da dolanmalıdır, məcburdurlar".
Rubrika.az
Facebook-da paylaş








