Nazirlikdən Bakıda baş verən dəhşətli qəza ilə bağlı açıqlama: 11 yaralı var
![]()
Qala-Pirallahı yolunda (Zirədəki "Bolmarket"in yanı) avtoqəza baş verib.
Rubrika.Az xəbər verir ki, Səhiyyə Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, hadisə yerinə gələn təcili tibbi yardım briqadası 11 nəfəri müxtəlif dərəcəli bədən xəsarətləri ilə 3 saylı xəstəxanaya çatdırıb:
"Xəstəxanadan verilən məlumata görə, müraciət edən 11 nəfərdən 9 ilkin tibbi yardımdan sonra ambulator müalicəyə buraxılıb. İki nəfərin müalicəsi davam edir. Həkimlər xastəxanada qalan iki nəfərin vəziyyətini orta ağır kimi qiymətləndirir. Həyatları üçün təhlükə yoxdur".
Rubrika.az
Facebook-da paylaş











