Köçəryan üçüncü dəfə tibbi müayinədən keçir

Ermənistanın keçmiş prezidenti Robert Köçəryan doqquz gün ərzində üçüncü dəfə Yerevan xəstəxanasında tibbi müayinədən keçir.
Rubrika.Az virtualaz.org-a istinadla bildirir ki, bu barədə Ədliyyə Nazirliyinin cinayət-icra şöbəsinin mətbuat katibi Nona Navikyan bildirib.
"Oktyabrın 8-də Köçəryan müayinə üçün “İzmirlyan” Tibb Mərkəzinə aparılıb. O, hələ ordadır", - deyə mətbuat katibi əlavə edib.
N. Navikyan daha əvvəl eks-prezidentin 30 sentyabr və 4 oktyabr tarixlərində eyni tibb mərkəzinə aparıldığını bildirib.
Əlavə məlumat verilmir.
Rubrika.Az
Facebook-da paylaş











