Kürdəmirdə bir nəfər iki həmkəndlisini bıçaqladı

Kürdəmir sakini həmkəndlilərinə bıçaq xəsarəti yetirib.
Hadisə rayonun Böyük Kəngərli kəndində qeydə alınıb.
Kənd sakini Kamil Əmirxan oğlu Abışov münaqişə zəmnində həmkəndliləri-1972-ci il təvəllüdlü Quliyev Qiyas Ötərxan oğlu və 1990-cı il təvəllüdlü İbişov Hüseyn Əlihüseyn oğluna bıçaq xəsarəti yetirib.
Hər iki yaralı ətrafdakı insanların köməkliyi ilə Kürdəmir Rayon Mərkəzi Xəstəxanasına çatdırılıb. Yaralılara ilkin tibbi yardım göstərilib.
Oxu az bildirir ki, faktla bağlı araşdırma aparılır.
Rubrika.az
Facebook-da paylaş











